Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Lonq Biç limanının konteyner dövriyyəsi artıb

2024-cü ilin yanvar-fevral aylarında ABŞ-ın Lonq Biç limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artaraq 1,35 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, fevralda konteyner dövriyyəsi 24,1% artaraq 674,7 min TEU-ya çatıb. Hesabat ayı ərzində limanın terminallarında  329,85 min TEU idxal konteyneri (+29,4%), 87,47 min TEU ixrac konteyneri (-21,1%), 257,4 min TEU boş konteyner (+44,8%) işlənib.

Qeyd edək ki, 1911-ci ildə tikilmiş Lonq-Biç limanı hazırda dünyanın aparıcı dəniz limanlarından biri və trans-Sakit okean xidmətləri üzrə yük daşımaları üçün mərkəzdir. 175 gəmi xətti ilə 217 limandan gələn yükləri qəbul edən liiman hər il 180 milyard dollardan çox beynəlxalq yük  aşırmalarını həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır