Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Helsinki limanı pandemiyadan sonra ilk dəfə müsbət maliyyə nəticəsi əldə edib

Helsinki limanı pandemiyadan sonra ilk dəfə müsbət maliyyə nəticəsi əldə edib. 2023-cü ildə limanın gəliri 91,5 milyon avro təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,4% çoxdur.

“Seanews.az” xəbər verir ki, 2022-ci ildəki 1,7 milyon avro zərərə qarşı xalis mənfəət 1,8 milyon avro olub.

2023-cü ildə Finlandiyada yük daşımaları əvvəlki illə müqayisədə azalsa da dəniz sərnişin daşımaları artıb.

Helsinki limanı Finlandiyanın ən böyük yükaşırma mərkəzlərindən biridir. Finlandiyada sərnişin axınının 77%-i Helsinkidən keçir. 2023-cü ildə Helsinki limanının yük dövriyyəsi 8,2%  azalaraq 13,9 milyon tona, konteyner dövriyyəsi  8,1% azalaraq 452 min TEU-ya, limana yan alan gəmilərin sayı 1,3% azalaraq 7321-yə düşüb. Sərnişin axını 12% artıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır