Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Ussuri çayı ilə beynəlxalq daşımaların təşkili haqqında saziş imzalanıb

Çinlə sərhəddə yerləşən Rusiyanın Pokrovka (Xabarovsk ərazisi) çay keçid məntəqəsi naviqasiya dövrünün başlanması ilə əlaqədar aprelin 25-dən fəaliyyətə başlayır.

“Seanews.az” xəbər verir ki, naviqasiya başlamazdan əvvəl Pokrovka və Jaoxe (ÇXR) keçid məntəqələri arasında Ussuri çayı ilə nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin beynəlxalq daşımalarının təşkili haqqında saziş imzalanıb.

Qarışıq sərhəd-keçid məntəqəsində naviqasiya mövsümü üçün infrastrukturun hazırlanması başa çatdırılıb. Sərhəd keçidində cari təmir işləri 2023-cü ildə yay naviqasiyasından əvvəl aparılıb.

Bayram və istirahət günləri nəzərə alınmaqla buraxılış məntəqəsinin aprel-may ayları üçün iş qrafiki təsdiq edilib.

Sərnişin və yük daşımalarında hər il artım müşahidə olunur.

Xatırladaq ki, Pokrovka-Jaoxe sərhəd keçid məntəqəsi iki illik pandemiyadan sonra 2022-ci ilin iyulunda açılıb. Yayda nəqliyyat vasitələrinin keçidi çay bərələrindən istifadə etməklə həyata keçirilir. Qışda ponton keçidi ilə səfər beş dəqiqə çəkir. Keçid 21 pontondan ibarətdir, üzən körpünün ümumi uzunluğu 460 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır