Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

2024-cü ilin yanvar-aprel aylarında Helsinki limanına 2266 gəmi yan alıb

2024-cü ilin yanvar-aprel aylarında Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1% azalaraq 4,53 milyon ton təşkil edib. O cümlədən qablaşdırılmış yüklərin aşırılması 2,2% artaraq 3,95 milyon ton, balker yüklərinin aşırılması 12,2% azalaraq 408,26 min ton olub.

“Seanews.az” xəbər verir ki, bu barədə Helsinki limanı administrasiyasından bildirilib. 

Hesabat dövründə limanın konteyner dövriyyəsi 6,1% azalaraq 130,6 min TEU, texnikanın aşırılması 4% artaraq 225,9 min vahid təşkil edib.

Limana 2266 gəmi yan alıb ki, bu da gözlənildiyindən 4,1% az olub. Kruiz sərnişinlərinin sayı 4,7% azalaraq 1185 nəfərə düşüb.

Qeyd edək ki, Helsinki limanı vasitəsilə daşınan yüklərin əksəriyyəti Finlandiyada xarici ticarət üçün qablaşdırılmış yüklər, yəni yük maşınlarında, qoşqularda və konteynerlərdə daşınan yüklərdir. Helsinki limanının yük dövriyyəsi 2023-cü ildə 2022-ci illə müqayisədə 8,2% azalaraq 13,94 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır