Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Finlandiyanın bütün limanlarında 272,8 min TEU konteyner aşırılıb

2024-cü ilin birinci rübündə Finlandiyanın bütün limanlarının ümumi konteyner dövriyyəsi 272,8 min TEU təşkil edib. Bu, 2023-cü ilin 3 ayının göstəricisindən 11,6% azdır.

“Seanews.az” xəbər verir ki, konteyner ixracı 11,8% azalaraq 134,2 min TEU, konteyner idxalı isə 11,3% azalaraq 138,6 min TEU olub. Konteyner tranzitində 47,1% azalma qeydə alınıb və 12,2 min TEU təşkil edib.

Bu ilin 3 ayının nəticələrinə əsasən demək olar ki, Finlandiyanın əksər limanları mənfi dinamika nümayiş etdirib. Hamina Kotka yanvar-mart aylarında 120,2 min TEU aşırıb ki, bu da bir il əvvəlkindən 14,1% azdır.  Helsinki limanının yanalma körpülərindən bir il əvvəllə müqayisədə 10,4% az konteyner keçib - onların həcmi 90,5 min TEU olub. Rauma limanı da 38,2 min TEU işləyərək konteyner dövriyyəsini 9,7% azaldıb. Hanko limanında konteyner dövriyyəsi 11,3% azalaraq 11,4 min TEU təşkil edib. Həmçinin Tornio limanlarında konteynerlərin aşırılmasında 8,8% (2,4 min TEU-ya qədər) və Kokkola limanlarında 13,6% (2,1 min TEU-ya qədər) azalma qeydə alınıb. Turku limanında konteynerlərin aşırılmasında 42,2% (456 TEU), Pietarsaari limanında 58,5% (39 TEU) və Uusikapunkidə isə 56,2% (74 TEU) azalma müşahidə olunub.

2024-cü ilin yanvar-mart aylarının nəticələrinə əsasən, Oulu limanı konteyner aşırılmasını 19,6% (6,4 min TEU-dək), Kemi limanı 10% (910 TEU-ya qədər) və Raahe limanı isə 96,6% (57 TEU-ya qədər) artırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır