Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Hyuston limanında konteyner aşırılması artıb

2024-cü ilin yanvar-aprel aylarında Hyuston limanında konteyner aşırılması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 1 394 094 TEU təşkil edib. Aprel ayında limanda 324 177 TEU aşırılıb ki, bu da ötən ilin aprel göstəricilərindən 5% çoxdur.

“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının press-relizində deyilir.

Aprel ayında yüklənmiş idxal konteynerlərinin aşırılması 4%, dörd ay ərzində isə 12% artaraq 632 886 TEU-ya çatıb.

Yüklənmiş ixrac konteynerlərinin aşırılması apreldə 8%, yanvar-apreldə 14% artaraq 523 426 TEU təşkil edib. İxracdakı artım ABŞ-da avtomobil, mebel, pambıq və plastik sənaye məhsullarına tələbatla izah olunur. Hyuston limanı eyni zamanda 60% bazar payı ilə qatran ixracı üçün ölkənin əsas qapısı olaraq qalır.

Hyuston limanının çoxfunksiyalı terminallarında hesabat dövründə ümumi yükaşırmaların həcmində azalma qeydə alınıb. Bu, aprel ayında polad istehsalının 2023-cü ilin eyni ayı ilə müqayisədə 32% azalması ilə əlaqədardır. Eyni zamanda, gübrələr, bəkməzlər və yağlar seqmentində həcmlər artıb. 2024-cü ilin yanvar-aprel aylarında limanda ümumi yük dövriyyəsi 4% artaraq 17 559 14 ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır