Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Rusiya limanlarında ümumilikdə 884 milyon ton yük aşırılıb

Beynəlxalq nəqliyyat dəhlizləri ilə daşımaların həcmi 2030-cu ilə qədər 1,5 dəfə artacaq.

“Seanews.az” xəbər verir ki, bu fikri Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin iclasında nəqliyyat naziri Roman Starovoyt səsləndirib.

Nazir bildirib ki, Rusiyada 63 liman var, onların yükötürmə gücü 1 milyard 360 milyon tondur. Keçən il limanlarda ümumilikdə 884 milyon ton yük aşırılıb. Dəniz limanlarının magistral şəbəkəsini inkişaf etdirmək üçün 16 dəniz limanında 30 tədbirin həyata keçirilməsi planlaşdırılır ki, bu da 2030-cu ilə qədər onların ötürücülük qabiliyyətini təxminən 232 milyon ton artırmağa imkan verəcək.

Daxili su yolları baxımından Rusiyada 2030-cu ilə qədər həll edilməli olan əsas vəzifə Vahid Dövlət Sistemi üzrə 3,6 metr suya oturumlu gəmilərin keçid göstəricilərini 100%-ə çatdırmaqdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır