Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Qazaxıstan multimodal daşınma həyata keçirib

Qazaxıstanın nəqliyyat və logistika şirkəti “KTZ Express və QazTrade” Pakistanın logistika operatoru “National Logistics Corporation” ilə birgə Əfqanıstan və Pakistan vasitəsilə Cebel Əli (Birləşmiş Ərəb Əmirlikləri) limanına pilot multimodal daşımaları həyata keçirib.

“Seanews.az” xəbər verir ki, yük iki 21 tonluq yük maşını ilə “Pavlodar” xüsusi iqtisadi zonasından Alma-Ata bölgəsindəki “Jetigen” nəqliyyat və logistika mərkəzinə daşınıb və orada 40 futluq iki dəniz konteynerinə yenidən yüklənib.

Daha sonra konteynerlər konteyner qoşqulu yük maşınlarına quraşdırılaraq Pakistanın Karaçi limanına göndərilib. Yük Karaçiyə 20 gün ərzində 4,9 min km yol qət edərək gəlib. İyunun 1-də konteynerlər fider gəmiyə yüklənərək iyunun 3-də Cebel Əli limanına çatdırılıb.

Ümumi daşınma müddəti 38 gün təşkil edib ki, bu da müştəri üçün ən effektiv həll yolu idi. İyun-iyul aylarında bu marşrut üzrə ümumilikdə 60 konteynerin daşınması planlaşdırılır. Bu cür multimodal xidmət Qazaxıstan ixracatçılarının Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya bazarlarına məhsul tədarük etmək imkanlarını genişləndirir”,- deyə  “Business Emirates” bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır