Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarında 225,4 milyon ton yük aşırılıb

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarının yük dövriyyəsi 225,4 milyon ton təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,6% çoxdur.

“Seanews.az” xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında belə deyilir.

May ayında Türkiyə limanlarında 45,98 milyon ton yük aşırılıb ki, bu da ötən ilin eyni ayına nisbətən 0,4% azdır. Əliağa limanında 7,7 milyon ton, İskəndərun limanında 5,59 milyon ton, Mersin limanında 4,23 milyon ton, Tekirdağ limanında 4,15 milyon ton və Ceyhan limanında 3,78 milyon ton yük aşırılıb. Türkiyənin on ən böyük limanı 38,48 milyon ton yük aşırıb ki, bu da ümumi yüklərin 83,7%-ni təşkil edir.

Türkiyə ixracının əsas istiqamətləri İtaliya (1,65 milyon ton), ABŞ (1,48 min ton) və İspaniya (1 milyon ton) olub.

İdxalda neft (2,8 milyon ton), metal qırıntıları (1,77 milyon ton), kömür (1,71 milyon ton), dizel yanacağı (1,5 milyon ton), dəmir filizi və konsentratlar (879,9 min ton) üstünlük təşkil edib. Neft, kömür və dizel kimi yük növləri üzrə Rusiya may ayında Türkiyəyə 8,26 milyon ton yük ixrac edən əsas təchizatçı olub. Daha sonra ABŞ (1,48 milyon ton) və Misir (1,09 milyon ton) gəlir.

2024-cü ilin may ayında Türkiyə limanlarında işlənən konteynerlərin sayı 3,4% artaraq 1,16 milyon TEU olub. Bu ilin yanvar-may aylarında konteynerlərin aşırılmasının həcmi 13% artaraq 5,64 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır