Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Pakistan İranla gəmiçilik xəttini işə salmağı düşünür

İslamabad pakistanlı zəvvarların səfərlərini asanlaşdırmaq üçün İranla gəmiçilik xəttini işə salmağı düşünür.

“Trend” bu barədə İran mətbuatına istinadən xəbər verir.

Pakistanın Dəniz İşləri Naziri Qayser Əhməd Şeyxin sözlərinə görə, Pakistan hökuməti həm İran, həm də Omanla gəmiçilik xətlərinin açılması planlarını nəzərdən keçirir.

Plan ilk dəfə Pakistan tərəfindən 2014-cü ildə o vaxtkı hökumət pakistanlı zəvvarların səyahətini asanlaşdırmaq və onların qarşılaşdıqları təhlükəsizlik problemlərini həll etmək üçün İranın Çabahar və Bəndər Abbas limanları ilə gəmiçilik əlaqələri qurmaq qərarına gələndə təklif edilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır