Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Kurık limanında dibdərinləşdirmə işləri aparılır

Kurık limanında infrastrukturun inkişafı istiqamətində işlərin görülməsi davam edir.

Seanews.az xəbər verir ki, bu haqda məlumatı limanın direktoru Serik Axmetov verib. O,  bildirib ki, hal-hazırda dibdərinləşdirmə işləri yüksək templə həyata keçirilir. Onun sözlərinə görə işlərin layihəsinə görə hal-hazırdakı səviyyədən daha 2 metr aşağı dərinliyin əldə olunması planlaşdırılır. Bununla da həmin ərazidə dənizin dərinliyi 36.5 metrə çatacaq.

Bütün işlər liman infrastrukturunun kompleks şəklində yaxşılaşdırılmasını özündə əks etdirən plana uyğun  aparılır.

Layihənin ilin sonuna qədər yekunlaşması gözlənilir. Liman rəhbərliyi görülən işlərin nəticəsi kimi ərazidə əlavə 5 liman körpüsünün yaranmasınının mümkün olduğunu qeyd edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır