Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Qazaxıstanda Kurık limanını Orta Dəhlizlə birləşdirən yolun əsaslı təmiri başa çatır

Qazaxıstanda Kurık dəniz limanını Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə birləşdirən Kurık-Jetibay yolunun əsaslı təmiri başa çatmaq üzrədir.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında deyilir.

“Manqistau vilayətində Kurık kəndindən Jetıbay kəndinə qədər ümumi uzunluğu 64 km olan respublika əhəmiyyətli avtomobil yolunun əsaslı təmiri başa çatdırılır. Kurık dəniz limanına aparan Kurık-Jetibay yolu Qazaxıstan üçün mühüm nəqliyyat dəhlizi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna çıxışı təmin edir”, - məlumatda bildirilib.

Qeyd olunub ki, yol istismara verildikdən sonra bütün tranzit axını birbaşa Kurık limanına yönləndiriləcək.

“Əgər əvvəllər sürücülər Aktauya girməli olurdularsa, indi Jetıbay kəndindən dəniz limanına gedə bilərlər. Təxminən yarım əsrə yaxın idi ki, yolun yenidən qurulmasına ehtiyac var idi. Əsaslı təmir işlərini demək olar ki, başa çatdırırıq. Yol istismara verildikdən sonra ölkəmizin ərazisi ilə əsas dəhlizə çıxış vaxtı daha 2 saat qısalacaq”, - Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev qeyd edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə və Avropa ölkələrinə qədər uzanır.

Report


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır