Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

“CStar Line” gəmiçilik şirkəti Qırmızı dənizdə xidmət marşrutlarına keçmək niyyətindədir

BƏƏ-nin “CStar Line” gəmiçilik şirkəti Qırmızı dəniz boyunca daha sərfəli marşrutların xeyrinə Rusiyanın Uzaq Şərqdəki fider xidmətlərindən imtina etmək barədə qərar verib.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.

“Biz Rusiyanın Uzaq Şərq limanlarında 22 iyul tarixindən 2024-cü ilin sentyabr ayının ikinci yarısına qədər fəaliyyətimizi tamamilə dayandırmaq barədə strateji qərar qəbul etdik. Bu, Qırmızı dənizdə bu yaxınlarda açılmış marşrutlar da daxil olmaqla, digər əsas regionlarda xidmətlərin təkmilləşdirilməsi və genişləndirilməsi üçün resursları yönləndirməyə imkan verəcək”, - deyə rəsmi məlumatda bildirilir.

“CStar Line” Vostoçnı limanını Çin və Cənubi Koreya limanları ilə birləşdirən üç xidmətin (“FEFE1”, “FEFE2” və “FEFE 4”) fəaliyyətini dayandırmağı planlaşdırır. Bu marşrutlarda beş gəmi işləyirdi.

Şirkət əmin etdi ki, "verilmiş konosamentlər üzrə bütün cari tədarüklər 2024-cü ilin sentyabr ayının ikinci yarısına qədər davam edəcək və bu, əməliyyatlarda heç bir fasilə olmayacaq."

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır