

Bu ilin yanvar-iyulunda Helsinki limanının xidmətindən 5,53 milyon sərnişin istifadə edib
2024-cü ilin yanvar-iyul aylarında Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 8,2 milyon ton təşkil edib. O cümlədən, qablaşdırılmış yüklərin aşırılması 6,9% artaraq 7,2 milyon ton, balker yüklərinin işlənməsi 21,9% azalaraq 605,6 min ton olub.
“Seanews.az” xəbər verir ki, Liman administrasiyasının məlumatında belə deyilir.
Hesabat dövründə limanın konteyner dövriyyəsi 0,5% artaraq 253,46 min TEU, texnikanın aşırılması 5,6% artaraq 400,5 min vahid təşkil edib.
Yeddi ayda limana 4187 gəmi yan alıb ki, bu da proqnozlaşdırıldığından 1,9% azdır.
Dəniz marşrutları üzrə sərnişin daşınması 3,8% artaraq 5,53 milyon nəfərə çatıb.
Qeyd edək ki, Helsinki limanında 2023-cü ildə 2022-ci illə müqayisədə 8,2% az - 13,94 milyon ton yük aşırılmışdı.