Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Çay daşımaları Litvaya yük axınlarını diversifikasiya etmək imkanı verəcək

İlk dəfə olaraq ixrac üçün nəzərdə tutulmuş taxıl partiyası Neman çayı ilə Klaypeda (Litva) limanına çatdırılıb.

“Seanews.az” xəbər verir ki, bu barədə Litvanın Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, barj Jurbarkas çay limanından 1 min ton taxıl daşıyıb.

2024-cü ildə Litvada 7,5 milyon ton taxıl yığılacağı, onun böyük hissəsinin Klaypeda limanı vasitəsilə ixrac ediləcəyi nəzərdə tutulur. Neman çayı ilə taxıl daşımağa qərar verən ilk Litva şirkəti “Nemanas Lines” xidmətini təşkil edən “ASC Linas Agro” olub.

Ölkənin nəqliyyat nazirinin müavini Mindauqas Tarnauskasın sözlərinə görə, Neman çayı ilə yük daşınması yüklərin avtomobil yolu ilə daşınmasından təhlükəsiz və ucuz başa gələr.

Klaypeda limanından keçən Neman marşrutu Baltik dənizində beynəlxalq marşrutlarla birləşir ki, bu da Litvaya yük axınlarını şaxələndirmək üçün yeni imkanlar verir. Hesabatda əlavə olunur ki, 2023-cü ilin yayında Kaunas və Klaypeda arasındakı gəmiçilik marşrutu modernləşdirildi və bu, 2024-cü ildə Jurbarkasdan taxıl daşımağa başlamağa imkan verdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır