Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Riqa limanına yük dövriyyəsi azalıb

2024-cü ilin yanvar-iyul aylarında Latviyanın Riqa limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azalaraq 10,15 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, quru yüklərin aşırılması 18,1% azalaraq 4,98 milyon ton olub. Ümumi yüklərin aşırılması 6,7% artaraq 4,7 milyon tona, konteynerlərin işlənməsi  11,9% artaraq 276,18 min TEU-ya yüksəlib.

Yanvar-iyul aylarında Riqa limanının xidmətindən istifadə edən sərnişinlərin sayı 29,4% azalaraq 35,86 min nəfər təşkil edib. 2023-cü ildə bu göstərici 81,7 min olub.

Dauqava (Qərbi Dvina) çayının hər iki sahilində yerləşən Riqa limanının ümumi ərazisi təxminən 6,3 min hektar, yanalma körpülərinin uzunluğu 13,8 min metrdir. Limana suya oturumu 12,2 metr olan gəmilər yan ala bilir.

2023-cü ildə limanın yük dövriyyəsi 20,1% azalaraq 18,79 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır