Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

İyulda Səudiyyə Ərəbistanı limanlarının konteyner dövriyyəsi azalıb

Səudiyyə Limanlar İdarəsi (Mawani) tərəfindən idarə olunan terminallarda konteyner dövriyyəsi 2024-cü ilin iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə 14,4% azalaraq 645 min TEU-ya düşüb.

“Seanews.az” xəbər verir ki, idxal konteynerlərinin aşırılması 15,72% artaraq 271,5 min TEU, ixrac konteynerlərinin işlənməsi 2,5% azalaraq 243,8 min TEU olub.

Hesabat ayında Mawani terminalları ilə 701,6 min ton ümumi yüklər, 15,35 milyon ton maye yüklər aşırılıb.

İyul ayında Səudiyyə Ərəbistanı limanlarına 908 gəmi yan alıb ki, bu da proqnozlaşdırıldığından 11,24% azdır. Sərnişin daşınması 31,8% azalaraq 52,2 min nəfər təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır