Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” xətti gəmiçiliyinin daşımaları artıb

2024-cü ilin yanvar-iyun aylarında “Hapag-Lloyd” xətti gəmiçiliyinin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 6,1 milyon TEU-ya çatıb.

“Seanews.az” xəbər verir ki, şirkətin gəliri 14% azalaraq 9,3 milyard dollara, EBITDA 1,9 milyard dollara, EBIT isə 800 milyon dollara düşüb.

Şirkətin idarə heyəti cari maliyyə ili üçün proqnozunu artırıb. Qrupun EBITDA-sı 3,5 milyard ABŞ dolları ilə 4,6 milyard dollar arasında, EBIT-i isə 1,3 milyard ABŞ dolları ilə 2,4 milyard dollar arasında olacağı gözlənilir.

Qeyd edək ki, “Hapag-Lloyd” dünyanın aparıcı xətti daşıma şirkətlərindən biridir. Ümumi tutumu 2,2 milyon TEU olan 280-dən çox müasir konteyner gəmisini idarə edir. Şirkətin Avropa, Latın Amerikası, ABŞ, Hindistan və Şimali Afrikada 20 terminalda payı var.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır