Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

İyulda Türkiyə ixracının əsas istiqamətləri İtaliya, İspaniya və ABŞ olub

2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artaraq 313,2 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında deyilir.

İyulda Türkiyə limanlarında 44,8 milyon ton yük işlənib. Bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 0,2% azdır. 2024-cü ilin iyul ayında ən çox yük Əliağa (7,07 milyon ton), Kocaeli (6,89 milyon ton), İskenderun (5,58 milyon ton), Ceyhan (4,14 milyon ton), Tekirdağ (4,09 milyon ton) və Mersin limanlarında aşırılıb (3,76 milyon ton). Türkiyənin on ən böyük limanı ümumi yükün 84,3%-ni təşkil edən 37,1 milyon ton yük aşırıb.

Türkiyə ixracının əsas istiqamətləri: İtaliya (1,32 milyon ton), İspaniya (955,9 min ton), ABŞ (939,6 min ton) olub.

İyulda idxalda 7,3 milyon ton yüklə (neft, kömür, dizel və dəmir filizi kimi yüklər) ilk yeri Rusiya tutub. Sonrakı yerlərdə Misir (1,05 milyon ton), ABŞ (1,02 milyon ton), Braziliya (980 min ton) və Çin (858 min ton) gəlir.

Türkiyə limanlarında aşırılan konteynerlərin sayı 2024-cü ilin iyul ayında 0,2% artaraq 1,1 milyon TEU təşkil edib. Bu ilin ilk 7 ayı ərzində konteynerlərin aşırılması 9,5% artaraq 7,88 milyon TEU olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır