Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-22,
Seanews
Heyder Eliyev

Şanxay limanında 345,96 milyon ton yük işlənib

2024-cü ilin yanvar-iyul aylarında Çinin Şanxay limanında  345,96 milyon ton yük işlənib ki, bu da bir il əvvəlki ilə müqayisədə 7% çoxdur.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə konteyner dövriyyəsi 8,6% artaraq 30,35 milyon TEU-ya çatıb.

İyul ayında limanın yük dövriyyəsi 52,71 milyon ton (2023-cü ilin iyul ayı ilə müqayisədə +12,1%), konteyner dövriyyəsi 4,84 milyon TEU (+15,1%) təşkil edib.

Qeyd edək ki, Şanxay limanı Çinin dərin su limanıdır. 2023-cü ildə limanda 563,5 milyon ton yük işlənmiş, limanın konteyner dövriyyəsi isə 49,1 milyon TEU olmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır