Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Metanolla işləyən konteyner gəmisi Höteborq limanından Cənub-Şərqi Asiyaya yollanır

“Maersk” bu yaxınlarda istismara verilmiş metanolla işləyən  ən böyük “Antonia Maersk” konteyner gəmisini Höteborq limanını Sinqapur, Şanxay və Ninqbo ilə birləşdirən xidmətə yerləşdirib.

“Seanews.az” bu barədə Höteborq Liman İdarəsinə istinadən məlumat verir.

Gəminin adlandırma mərasimi avqust ayında Orxusda baş tutub.

“2M” alyansının həftəlik “AE5/Albatros” xidmətində istismar ediləcək konteyner gəmisi hazırda ilk dəfə yan aldığı Göteborq limanından Cənub-Şərqi Asiyaya yollanır.

Gəminin tutumu 16 592 TEU, uzunluğu 350,59 metr, eni 53,5 metr, suya oturumu 18 metrdir.

Qeyd edilir ki, bu, metanolla işləyən ikinci konteyner gəmisi Göteborqa müntəzəm yan alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır