Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Konqoda ilk dərin dəniz konteyner limanının tikintisinə 35 milyon dollar ayrılıb

Britaniyanın inkişafın maliyyələşdirilməsi təşkilatı “British International Investment” (“BII”) Konqo Demokratik Respublikasında Banana konteyner limanının tikintisinin ilkin mərhələsi üçün 35 milyon dollara qədər investisiya ayırıb.

Bu barədə təşkilatın saytında məlumat verilir. Layihə “DP World” (Dubay, BƏƏ) ilə birgə həyata keçirilir.

“BII” və “DP World” arasında tərəfdaşlıq Dakar (Seneqal), Sokhna (Misir) və Berbera (Somaliland) limanlarının modernləşdirilməsi və genişləndirilməsinin başladığı 2021-ci ildən bəri davam edir. Əvvəlki layihələrdə olduğu kimi, “British International Investment” yeni limanda da minoritar investor kimi çıxış edəcək.

Banana limanı ölkənin ilk dərin dəniz konteyner limanı, qitədə isə ikinci ən böyük konteyner limanı olacaq. İdxal-ixrac yük axınları üçün belə vahid mərkəzin yaradılması Konqo üçün ticarət xərclərini 12% azaldacaq.

Liman layihəsi bir neçə mərhələdə həyata keçiriləcək. Gələcəkdə Kinşasa da daxil olmaqla, ölkənin ən böyük şəhər mərkəzləri ilə azad iqtisadi zonanın infrastrukturuna və multimodal təchizat zəncirinə inteqrasiyası planlaşdırılır.

Əlavə edirik ki, 2021-ci ilin dekabrında liman və logistika operatoru “DP World” dərin dəniz limanının inkişafı üçün Konqo hökuməti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Layihəyə əsasən, ərazidə suya oturumu 18 metrədək olan gəmilərin yan ala biləcəyi  600 metr uzunluğunda körpü tikiləcək.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır