Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Finlandiya Sayma kanalı üzrə məsləhət şurasının işini dayandırıb

Finlandiya Rusiya ilə Sayma kanalının fəaliyyəti ilə bağlı məsləhət şurasının işini dayandırıb.

Bu barədə TASS Finlandiyanın Nəqliyyat və Rabitə Nazirliyinə istinadən xəbər verir.

Qərarın müvəqqəti olduğu iddia edilir.

"Beynəlxalq vəziyyət dəyişdikdə və Sayma kanalı boyunca gəmilərin hərəkəti bərpa edildikdə, Sayma Kanalı Məsləhət Şurasının fəaliyyətinə başlamaq ehtiyacını yenidən qiymətləndirmək mümkün olacaq", - deyə nazirliyin məlumatında bildirilir.

Şuranın əsas fəaliyyəti kanalda naviqasiyanın başlama və bitmə tarixlərinin müəyyən edilməsinə yönəlib.

Qeyd edək ki, Sayma kanalının Finlandiya və Rusiya komissarları bu strukturda gəmiçilik mövsümünün 2024-cü il iyunun 24-də başlayacağı və 31 dekabr 2024-cü ildə başa çatacağına dair qərar veriblər.

Əvvəllər Finlandiya hakimiyyəti birtərəfli qaydada 15 aprel 2024-cü il tarixindən etibarən Sayma kanalı boyunca Nuijamaa vasitəsilə gəzinti gəmilərinin hərəkətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Bundan əlavə, Finlandiyanın Haapasaari və Santio dövlət sərhədindən keçən dəniz keçid məntəqələri bağlanıb.

Sayma kanalı 2063-cü ilə qədər Rusiya hissəsini icarəyə götürən Finlandiyanın ən mühüm nəqliyyat arteriyası hesab olunur.

Onu da xatırladaq ki, ötən ilin aprelində Dövlət Duması Finlandiya ilə Sayma kanalı ilə bağlı sazişi denonsasiya etməyə çağırmışdı. Bu təşəbbüs Rusiyada NATO ölkələrindən yüklərin daşınmasına hazırkı qadağa ilə izah olunur.

Sayma gölü ilə Baltik dənizini birləşdirən Sayma kanalı 2060-cı ilə qədər icarəyə verilib. Finlandiya Rusiyaya bütün müəyyən edilmiş ödənişləri ödəməyə davam edir, lakin gəmilər bu kanalla hərəkət etmir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır