Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Klaypeda limanı “Ruby” gəmisinin limana daxil olması üçün şərt irəli sürüb

Litvanın Klaypeda Dövlət Dəniz Limanı təmirə ehtiyacı olan Malta bayraqlı “Ruby” gəmisini daşıdığı Rusiyaya məxsus ammonium nitrat yükünü boşaldandan sonra qəbul edə biləcək.

“korabel.ru” TASS-a istinadən xəbər verir ki,  bu sözləri limanın baş direktoru Algis Latakas deyib.

Onun sözlərinə görə, “Ruby” əvvəllər Klaypedada təmir olunub.

Qeyd edək ki, 20 min ton ammonium nitrat yükü olan gəmi Kandalakşadan Las-Palmasa yola düşüb, lakin fırtına zamanı qəzaya uğrayıb. Gəminin gövdəsi zədələnib və mühərrikində nasazlıq yaranıb.

“Ruby” gəmisi təmir üçün Norveçin Tromso limanına yan almağa icazə istəsə də, yükün partlayıcı olması səbəbindən icazə verilməyib. Daha sonra Klaypedaya oxşar sorğu göndərilib, o da mənfi cavab verib.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır