Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Honkonq limanının konteyner dövriyyəsi azalıb

2024-cü ilin yanvar-avqust aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalaraq 9,06 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı olan “Kwai Tsing” vasitəsilə 6,89 milyon TEU aşırılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 7% azdır.

Hesabat dövründə digər terminallar vasitəsilə yükaşırmalar 0,1% azalaraq 2,17 milyon TEU-ya düşüb.

Honkonq limanı dünyanın ən böyük limanlarından biridir. Limana yük əməliyyatı üçün ildə 456 min gəmi yan alır. Limanın konteyner dövriyyəsi 2023-cü ildə 14% azalaraq 14,3 milyon TEU olub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır