Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Ventspils limanına yan alan gəmilərin sayı 33% azalıb

2024-cü ilin yanvar-avqust aylarında Latviyanın Ventspils limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,7% azalaraq 5,1 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə limanda 2,29 milyon ton maye yüklər (-16,4%), 1,71 milyon ton balker yükləri (-32,1%) və 1,1 milyon ton ümumi yüklər (-29,5%) aşırılıb.

Bu ilin 8 ayı ərzində limana cəmi 551 gəmi yan alıb ki, bu da keçən ilin müvafiq dövründən 33% azdır.

Ventspils limanında Qazaxıstandan gələn kömür, həmçinin bərə (Ro-Ro) və maye yüklər aşırılır.

Qeyd edək ki, Ventspils limanı Venta çayının mənsəbində yerləşir, neft, neft məhsulları, maye kimyəvi maddələr, gübrələr, metal, meşə materialları və balıq məhsulları, kömür, konteynerlər və Ro-Ro qoşqularının yüklənməsi və boşaldılması üçün terminallarla təchiz edilmişdir. 2023-cü ildə limanın yük dövriyyəsi 10,4 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır