Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

2024-cü ilin yanvar-avqust aylarında Sinqapur limanının yük dövriyyəsi 6,6% artıb

2024-cü ilin yanvar-avqust aylarında Sinqapur limanında 418,64 milyon ton yük aşırılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,6% çoxdur.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 2,8% artaraq 131,86 milyon tona, balker yüklərinin aşırılması isə 38,3% artaraq 19,89 milyon tona çatıb.

Ümumi qabsız yüklərin aşırılması hesabat dövründə 2,4% azalaraq 17,21 milyon ton təşkil edib.

Limanın konteyner dövriyyəsi 27,43 milyon TEU olub ki, bu da 6,4% artım deməkdir.

Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2023-cü ildə Sinqapur limanında  591,7 milyon ton yük işlənib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır