Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

2024-cü ilin səkkiz ayında Barselona limanında sərnişin dövriyyəsi 3,6 milyon nəfər təşkil edib

2024-cü ilin yanvar-avqust aylarında Barselona limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 47,7 milyon tona çatıb. Konteyner dövriyyəsi 22,1% artaraq 2,66 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının mətbuat xidməti bildirib.

Hesabat dövründə idxal konteynerlərinin aşırılması 4 faiz, ixrac konteynerlərinin işlənməsi 5,2 faiz, yüklənmiş tranzit konteynerlərinin sayı 41,3% artıb.

Maye yüklərin işlənməsi 9,4 milyon ton olub ki, bu da  11% artım deməkdir. Artımı əsasən kimyəvi maddələr (+104,7%) və benzin (+59,7%) təmin edib. Toplu yüklərin aşırılması 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 10,7% azalaraq 3 milyon tona düşüb.

2024-cü ilin səkkiz ayında Barselona limanında sərnişin dövriyyəsi 3,6 milyon nəfər (+3,4%) təşkil edib. Bərə sərnişinlərinin sayı 0,8% artaraq 1,3 milyon nəfərə, kruiz gəmisi sərnişinlərinin sayı 4,9% artaraq 2,3 milyon nəfərə çatıb. Tranzit sərnişinlərin sayı 0,4% azalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır