Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Niderlandlı investorlar Qazaxıstan limanlarının modernləşdirilməsində iştiraka dəvət olunub

Niderlandlı investorlara Qazaxıstan limanlarının modernləşdirilməsində iştirak etmək təklif olunub.

Bunu “korabel.ru”  “LSM.kz”-ya istinadən xəbər verir.

Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparovun sözlərinə görə, bu gün ölkənin nəqliyyat-logistika sektoru 136 layihəni əhatə edir.  Onlardan 69-u icra mərhələsindədir, 67-si smeta dəyəri 27,3 milyard dollarla perspektivlidir. 6 dəniz limanı layihəsi də perspektivli layihələrdən sayılır. 

“Biz Aktau və Kurık dəniz limanlarının gələcək inkişafı üçün böyük potensial görürük və Niderlandlı investorlara onların infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsində iştiraka dəvət etməyə hazırıq”, - deyə o bildirib.

Nəqliyyat nazirinin müavini xatırladıb ki, bu limanlar Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və daha sonra Avropa ilə birləşdirən yüklərin Xəzər dənizi üzərindən tranzitində əsas rol oynayır. Aktau və Kurık həmçinin İran vasitəsilə Fars körfəzi ölkələrinə çıxışı təmin edərək ticarət və əməkdaşlıq üçün əlavə imkanlar açır.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır