Hindistanın ən böyük dövlət limanlarında yük aşırılması artıb
Hindistanın ən böyük dövlət limanlarında yük aşırılması 2024-cü ilin sentyabrında keçən ilin eyni ayı ilə müqayisədə 6% artaraq 65 milyon tona çatıb.
“Seanews.az” xəbər verir ki, bu dinamika neftin aşırılması hesabına əldə edilib.
Dindayal (Kandla), Mumbay, Mormuqao, Nyu-Manqalor, Koçin, Çennai, Ennor (Kamarajar), Tutikorin (V.O. Çiidambaranar), Vişakhapatnam, Paradip və Kəlküttə (o cümlədən Haldia) və Nava Şeva (Cavaharlal Nehru limanı) və sair Hindistanın əsas dövlət limanlarıdır.
2024-cü ilin sentyabr ayında bu limanlarda ixrac və idxal yüklərinin aşırılması təxminən 9 faiz artıb, kabotaj yüklərinin aşırılması isə 1,9 faiz azalıb.
2024-cü ilin sentyabr ayı üçün Hindistanın özəl və ya əsas olmayan limanlarında yük dövriyyəsi 10%, o cümlədən ixrac-idxal yüklərinin aşırılması 12% artıb.
Özəl limanların konteyner dövriyyəsində ayda 26%, dövlət limanlarında isə 3% artım qeydə alınıb.
İlkin məlumatlara görə, cari maliyyə ilində (2024-cü ilin aprel - 2025-ci ilin mart ayları) əsas Hindistan limanlarının ümumi yük dövriyyəsi 414 milyon tona çatıb ki, bu da bir il əvvəlkindən 5% çoxdur.
Kabotaj yükləri Hindistanın əsas limanlarının ümumi yük dövriyyəsinin təxminən dörddə birini və əsas olmayan limanlarda təxminən beşdə birini təşkil edir. Cari maliyyə ilində bu kateqoriyadan olan yüklərin aşırılması əsas limanlarda 4% - 93 milyon tona qədər artıb, əsas olmayan limanlarda isə 2% - 65 milyon tona qədər azalma olub.