Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-16,
Seanews
Heyder Eliyev

Helsinki limanının yük dövriyyəsi artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq 11,87 milyon ton təşkil edib. O cümlədən, qablaşdırılmış yüklərin aşırılması 6,9% artaraq 10,38 milyon ton, balker yüklərinin işlənməsi 17%  azalaraq 933,52 min ton olub.

“Seanews.az” xəbər verir ki, hesabat dövründə limanın konteyner dövriyyəsi 1,6% azalaraq 372,19 min TEU, texnikanın işlənməsi 5,6% artaraq 573,33 min vahid təşkil edib.

Limana 6101 gəmi yan alıb ki, bu da gözlənildiyindən 0,4% çoxdur.

Dəniz marşrutları üzrə sərnişin axını 4,9% artaraq 7,99 milyon nəfərə çatıb.

Qeyd edək ki, Helsinki limanı vasitəsilə daşınan yüklərin əksəriyyəti Finlandiyada xarici ticarət üçün qablaşdırılmış yüklərdir, yəni yük maşınlarında, qoşqularda və konteynerlərdə daşınan yüklərdir. 2023-cü ildə limanda 13,9 milyon ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır