Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Yanvar-oktyabr aylarında Sinqapur limanında 519,4 milyon ton yük aşırılıb

2024-cü ilin yanvar-oktyabr aylarında Sinqapur limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7% artaraq 519,4 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, neft yüklərinin aşırılması 0,7% artaraq 161,76 milyon tona, toplu yüklərin aşırılması 38,6% artaraq 25,29 milyon tona çatıb.

Hesabat dövründə 21,93 milyon ton (+1,1%) ümumi qablaşdırılmamış yüklər işlənib.

Limanda 34,23 milyon TEU konteyner aşırılıb ki, bu da 6,2% çoxdur.

Qeyd edək ki, Sinqapur Cənub-Şərqi Asiyada bir adada yerləşən şəhər-dövlətdir. 2023-cü ildə Sinqapur limanında 591,7 milyon ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır