Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Qazaxıstan, Çin və Macarıstan Budapeştdə ildə 230 min TEU gücündə yük terminalı yaradacaq

Qazaxıstan Dəmir Yolları, “L.A.C. Holdinq” (Macarıstan) və “Xi'an Free Trade Port Construction and Operation Co.” (Çin) nəqliyyat və logistika sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

“Portnews.ru” Qazaxıstan Dəmir Yollarının “Telegram” kanalına istinadən xəbər veriri ki, tərəflər Budapeştdə illik gücü 230 min TEU olan birgə intermodal yük terminalı yaratmaq barədə razılığa gəliblər.

Terminal Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ( “Orta Dəhliz”) ilə tranzit də daxil olmaqla Çin-Avropa-Çin marşrutu üzrə konteyner qatarlarının sayını artırmağa imkan verəcək. Layihənin həyata keçirilməsi yüklərin çatdırılma müddətini, daşınma xərclərini və yenidən yükləmə vaxtını azaldacaq.

Sənəd Budapeştdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Macarıstana dövlət səfəri çərçivəsində imzalanıb.

2024-cü ilin yanvar-oktyabr aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımaları 2,6 dəfə artaraq 46,3 min TEU təşkil edib. O cümlədən Çindən 27,6 min TEU göndərilib ki, bu da keçən ilki göstəricidən 26 dəfə çoxdur.

Qazaxıstan Dəmir Yolları daha əvvəl “Orta Dəhliz” marşrutunun Avropa hissəsində terminal şəbəkəsi yaratmaq planlarını açıqlamışdı. Xüsusilə, şirkət Ələt (Azərbaycan), Konstansa (Rumıniya) və Budapeşt (Macarıstan) limanlarında iştirakını genişləndirir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır