Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Port Səiddə sənaye zonası yaradılacaq

BƏƏ-nin ən böyük logistika və liman operatorlarından biri olan “AD Ports Group” Şərqi Port Səiddə iqtisadi zonanın tikintisi, istismarı və təhvil verilməsinin mümkünlüyünü araşdırmaq üçün 21 noyabr 2024-cü ildə Misir hökuməti ilə çərçivə sazişi imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu barədə qrupun mətbuat xidməti məlumat yayıb.

Sənədi Misirin Baş nazirinin iştirakı ilə “AD Ports Group”-un regional baş direktoru Əhməd Əl-Mütava və Süveyş Kanalı İqtisadi Zonasının sədri Valid Camal Əl-Din imzalayıblar.

Konsessiya müqaviləsi Süveyş kanalının Aralıq dənizi girişinə yaxın Şərqi Port Səiddə tikinti-istismar-təhvil prinsipi əsasında sənaye zonasının yaradılması layihəsini nəzərdə tutur. 2023-cü ilin martında Süveyş Kanalı Xüsusi İqtisadi Zonasının administrasiyası ilə ilkin saziş imzalanıb.

Son üç il ərzində “AD Ports Group” Misir bazarına daxil olub və Misirin “Transmar”, “TCI” və “Safina B.V” gəmiçilik şirkətlərini alıb. Qrup, həmçinin Qırmızı dənizdəki Safaga, Hurghada, Al Sohna və Şarm əl-Şeyx limanlarında kruiz terminallarının layihələndirilməsi, tikintisi və istismarı üçün; Safagada çoxməqsədli limanın və Al Sokhnada Ro-Ro avtomobil terminalının tikintisi və istismarı üçün uzunmüddətli konsessiya müqavilələri imzalamışdır.

2006-cı ildə yaradılmış “AD Ports Group” logistika sahəsində ixtisaslaşıb və liman infrastrukturu, gəmiçilik, bunker biznesinə malikdir və azad iqtisadi zonaları idarə edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır