Çinin bütün dəniz və çay limanlarında 14,5 milyard ton yük aşırılıb
2024-cü ilin yanvar-oktyabr aylarında Çinin bütün dəniz və çay limanlarında 14,5 milyard ton yük aşırılıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,4% çoxdur. Oktyabrda isə bu rəqəm 3% artaraq 1,53 milyard ton olub.
Çin Xalq Respublikasının Milli Statistika Bürosunun məlumatına görə, on ayda limanlarda aşırılan kabotaj yükləri 3,4% artaraq 9,32 milyard ton təşkil edib. Oktyabrda isə 951,36 milyon ton kabotaj yükləri (+3%) işlənib.
Xatırladaq ki, 2023-cü ildə Çin dəniz və çay limanlarının yük dövriyyəsi 2022-ci illə müqayisədə 8% çox - 16,97 milyard ton olub.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır