Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Klaypeda limanı suya oturumu 13,8 metrədək olan gəmiləri qəbul edə bilir

2024-cü ilin yanvar-oktyabr aylarında Litvanın Klaypeda limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% artaraq 29 milyon ton təşkil edib.

“Seanews.az” liman administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, göstəriciyə bərələrlə daşınan avtonəqliyyat vasitələrinin artan yüklənməsi, konteynerlərdə yüklərin, tikinti materiallarının, dəmir-polad məmulatlarının, metal və ağac qırıntılarının, həmçinin taxılın yenidən yüklənməsi təsir edib.

Hesabat dövründə ümumi yüklərin dövriyyəsi artaraq 15 milyon tona (+13%), toplu yüklərin, o cümlədən kənd təsərrüfatı məhsulları və tikinti materiallarının aşırılması 8,7 milyon tona (+16%) çatıb, maye yüklərin, o cümlədən neft məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG), neftin işlənməsi  5,4 milyon tona  (-16%) düşüb.

2024-cü ilin 10 ayı ərzində Klaypeda limanında 4669 gəmi (quru yük gəmiləri, tankerlər, bərə və s.) yan alıb və limanın xidmətlərindən 349,5 min sərnişin istifadə edib.

Klaypeda limanı Baltik dənizinin şərq sahilində buzsuz, universal, dərin su limanıdır. Avropa limanlarına əsas gəmi xətləri Klaypeda limanından keçir. İllik ötürmə qabiliyyəti 70 milyon ton olan liman uzunluğu 400, eni 59 və suya oturumu 13,8 metrədək olan gəmiləri qəbul edə bilər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır