Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Avropa İttifaqının dəniz limanlarının yük dövriyyəsi azalıb

2023-cü ilin sonunda Avropa İttifaqı ölkələrinin limanlarında 3,4 milyard ton yük aşırılıb. Bu, 3,5 milyard ton yükün aşırıldığı 2022-ci illə müqayisədə 3,9% az, limanlardan 3,2 milyard ton yükün keçdiyi 2021-ci ildəkindən isə 5% çoxdur.

“Seanews.ru”-nun verdiyi xəbərə görə, “Eurostat”-ın təqdim etdiyi məlumatlarda belə deyilir.

Ən böyük həcm - 21% - kömür, xam neft və təbii qazın payına düşüb. Ümumi həcmdə neft məhsulları və kömürün xüsusi çəkisi 16,1 faiz, filiz və mədənçıxarma sənayesinin digər məhsullarının payı 7,2 faiz; kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq məhsulları  6,8%, kimya məmulatları, rezin, plastik və nüvə yanacağından hazırlanmış məmulatların ümumi payı 6,4 faiz, qida məhsulları, içkilər və tütün məmulatlarının ümumi payı 4,7 faiz təşkil edib.

Niderland 2023-cü ildə Aİ ölkələri arasında dəniz yük dövriyyəsinə görə lider olub. Bu ölkənin limanları ötən il 545 milyon ton yük aşırıb (və ya ümumi yük dövriyyəsinin 16,1%-i). İkinci yeri İtaliya tutur – 501 milyon ton yük (14,8%). Üçüncü yerdə İspaniya (14%) qərarlaşıb. Bu ölkənin dəniz limanları tərəfindən aşırılan yüklərin ümumi həcmi 472 milyon ton olub.

Eyni zamanda, hər üç ölkə ötən ilin nəticələrinə əsasən, 2022-ci illə müqayisədə yük dövriyyəsini azaldıb. Niderlandda 7,6%, İtaliyada 1,7%, İspaniyada 3,7% azalma qeydə alınıb.

Ümumilikdə, 2022-ci illə müqayisədə Aİ-nin 22 ölkəsindən 17-nin dəniz limanlarında aşırılan yüklərin həcmində azalma qeydə alınıb. 2023-cü ildə yük dövriyyəsində ən çox azalma Estoniyada olub (2022-ci illə müqayisədə -31%). Latviyada (-21,5%) və Finlandiyada (-9%) qeydə alınıb.

“Eurostat” yük dövriyyəsinin aşağı düşməsini geosiyasi vəziyyətlə izah edir. “2020-ci ildə pandemiya səbəbindən yük dövriyyəsində ciddi azalma müşahidə olunub. 2022-ci ildə həcmlər bərpa olunmağa başlasa da, 2018-ci ildəkindən aşağı olub.

2023-cü ildə Avropa İttifaqı ölkələrinin dəniz limanları arasında konteyner dövriyyəsi də daxil olmaqla ilk üçlüyə Rotterdam, Antverpen-Brugge və Hamburq daxildir.

Aİ-nin 20 ən böyük limanında aşırılan yüklər bütün yüklərin yarısını təşkil edib.  Xüsusilə Rotterdamın payı daha yüksək olub: 11%.

Aİ-nin 20 ən böyük limanı arasında ötən ilin sonunda yük dövriyyəsi 2022-ci illə müqayisədə 14 limanda azalıb. Ən kəskin eniş Amsterdamda (-15,4%), Triestdə (-12,6%), Höteborqda (-12,5%), Dunkerkdə (-12,4%) və Barselonada (-10,4%) qeydə alınıb. Qdansk isə əksinə, həcmləri 26,3% artırıb. Ondan sonra Konstansa (+17,0%), Pirey (+5,6%), Genuya (+5,4%) və Kartagena (+3,1%) gəlir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır