Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Sinqapur limanında konteynerlərin aşırılması üzrə birgə müəssisə yaradılıb

“PSA Singapore” (“PSA”) və “Evergreen Marine Corporation” (“EMC”) Sinqapur limanında konteyner aşırılması əməliyyatlarının səmərəliyini artırmaq üçün birgə müəssisə yaradıblar.

“Seanews.az”-ın məlumatına görə, yeni şirkətin idarəçiliyində olacaq terminal gələn ay fəaliyyətə başlayacaq.

Aydınlaşdırılır ki, “Evergreen Marine Corporation” şirkətinin konteyner gəmiləri tərəfindən Sinqapur terminallarına çatdırılan artan yük axınlarının işlənməsinə uzunmüddətli zəmanət vermək üçün tərəfdaşlıq müqaviləsinin bağlanması zəruridir.

Tərəflər əməliyyatların səmərəliyini, xidmət keyfiyyətini artırmaq üçün “PSA Singapore” konteyner terminallarında müasir rəqəmsal texnologiyaların və ekoloji standartların tətbiqini genişləndirmək niyyətindədirlər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır