Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“Zhenhua 35” gəmisi Süveyş Kanalı Konteyner Terminalı üçün nəhəng kranları təyinat yerinə çatdırıb

Süveyş Kanalı Konteyner Terminalının genişləndirilməsi layihəsinin bir hissəsi olaraq, “Zhenhua 35” gəmisi kranların da olduğu avadanlığı təyinat yerinə çatdırıb.

“Seanews.az” xəbər verir ki, dörd “Super Post-Panamax ZPMC” körpü kranı və altı portal kranın (“eRTG”) təhvil verilib.

Kranlar 65 tonluq iki konteyneri və 100 tona qədər olan yükləri eyni anda aşırmaq üçün nəzərdə tutulub. Portal kranları müasir avtomatlaşdırma və uzaqdan idarəetmə funksiyaları ilə təchiz edilmişdir.

Xatırladaq ki, 2004-cü ildə istifadəyə verilən “SCCT” konteyner terminalı 49 il müddətinə “APM Terminals”-a icarəyə verilib. 2020-2021-ci illərdə şirkət terminalın modernləşdirilməsi və yükaşırma gücünün artırılmasına 60 milyon dollar sərmayə qoyub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır