Helsinki limanının yük dövriyyəsi artıb
2024-cü ilin yanvar-noyabr aylarında Finlandiyanın Helsinki limanının yük dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% artaraq 13,08 milyon ton, cümlədən, qablaşdırılmış yüklərin aşırılması 6,7% artaraq 11,4 milyon ton təşkil edib.
“Seanews.az” “Portnews.ru”-ya istinadən xəbər verir ki, hesabat dövründə limanın konteyner dövriyyəsi 1,2% azalaraq 409,23 min TEU, təkərli nəqliyyat vasitələrinin işlənməsi 4,9% artaraq 627,53 min vahid olub.
11 ay ərzində limana 0,7% çox - 6712 gəmi yan alıb.
Dəniz marşrutları üzrə sərnişin daşınması 5,2% artaraq 8,59 milyon nəfər olub.
Qeyd edək ki, Helsinki limanında 2023-cü ildə 13,9 milyon ton yük aşırılmışdı.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır