Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

2024-cü ilin yanvar-noyabr aylarında Hedland limanında 528,5 milyon ton yük aşırılıb

2024-cü ilin yanvar-noyabr aylarında Avstraliyanın Hedland limanının yük dövriyyəsi əvvəlki illə müqayisədə 4,5% artaraq 528,52 milyon ton təşkil edib.

“Seanews.az” xəbər verir ki, həmin dövr ərzində liman vasitəsilə təxminən 521 milyon ton, noyabrda isə 48,75 milyon ton dəmir filizi ixrac edilib.

Filiz əsasən Çinə göndərilib. Bundan əlavə, Vyetnam, İndoneziya, Tayvan, Yaponiya və Cənubi Koreyaya da filiz yola salınıb.

Qeyd edək ki, Hedland limanı dəmir filizi ixracı üçün Avstraliyanın əsas yükaşırma mərkəzidir. 2023-cü ildə limanda 2% az - 555,9 milyon ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır