İlin sonuna qədər Los-Anceles limanının konteyner dövriyyəsi 10 milyon TEU-nu keçə bilər
2024-cü ilin yanvar-noyabr aylarında ABŞ-ın Los-Anceles limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 9,4 milyon TEU təşkil edib.
“Seanews.az” xəbər verir ki, noyabrda bu rəqəm 16% artaraq 884,3 min TEU olub.
Noyabrda yüklənmiş idxal konteynerlərinin aşırılması 458 min TEU (2023-cü ilin eyni ayı ilə müqayisədə +19%), ixrac konteynerlərinin aşırılması 124 min TEU (+11%), boş konteynerlərinin aşırılması 302 min TEU (+13%) təşkil edib.
Los-Anceles Liman İdarəsinin icraçı direktoru Cen Serokanın qeyd etdiyi kimi, 2024-cü ilin sonuna qədər limanın tarixində ikinci dəfə konteyner dövriyyəsi 10 milyon TEU-nu keçə bilər.
Los-Anceles limanı ABŞ-ın San Pedro körfəzində yerləşən iri yükaşırma mərkəzidir. 2023-cü ildə limanda 8,6 milyon TEU konteyner aşırılmışdı.