Lonq-Biç limanına 2,3 milyard dollar sərmayə qoyulacaq
ABŞ-nin Lonq-Biç limanı 2024-cü ilin yanvar-noyabr aylarında demək olar ki, 8,79 milyon TEU aşırıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 20,2% çoxdur.
“Seanews.az” xəbər verir ki, ilin sonuna qədər konteyner dövriyyəsi 9,6 milyon TEU-ya çata bilər ki, bu da üç il əvvəl pandemiya zamanı əvvəlki rekord göstəricini arxada qoyacaq.
Limanın ən uğurlu aylıq göstəricisi terminalların 884 min TEU (+20,9%) aşırdığı noyabr ayı olub. Bu da 2020-ci ilin noyabr ayındakı rekorddan 12,8% çoxdur.
Ötən ay idxal konteynerlərinin aşırılması 432 823 TEU (+21,8%), ixrac konteynerlərinin aşırılması 119 083 TEU (+9,5%), boş konteynerlərinin aşırılması 332 250 (+24,5%) təşkil edib.
1911-ci ildə tikilmiş Lonq-Biç limanında hər il 200 milyard dollar dəyərində konteyner yükləri aşırılır.
Qeyd edək ki, liman administrasiyası növbəti 10 il ərzində yükaşırma qabiliyyətini artırmaq üçün Lonq-Biçə 2,3 milyard dollar sərmayə qoymağı planlaşdırır.