Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-28,
Seanews
Heyder Eliyev

2024-cü ilin yanvar-noyabr aylarında Latviya limanlarının yük dövriyyəsi 7% azalaraq 32,8 milyon tona düşüb

2024-cü ilin yanvar-noyabr aylarında Latviya limanlarında yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% azalaraq 32,8 milyon ton təşkil edib.

“Seanews.az”-ın məlumatına görə, o cümlədən, 15,6 milyon ton (-17,7%) toplu yüklər, 471,6 min ton (-14,7%) kimyəvi yüklər, 1 milyon ton (-70,5%) kömür, 6,3 milyon ton (+2,1%) taxıl məhsulları, 2,3 milyon ton (+34,9%) ağac materialları aşırılıb.

Hesabat dövründə maye yük dövriyyəsi 4,56 milyon ton (+5,3%) təşkil edib. Bunun 73,7 min tonu maye qaz (+20,4%), təxminən 4 milyon tonu neft məhsulları (+2%) olub.

2024-cü ilin yanvar-noyabr aylarında Latviyanın limanlarında təxminən 12,6 milyon ton ümumi yük aşırılıb (+5,4%). Konteyner dövriyyəsi 465 min TEU (+11,4%) təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır