Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Şanxay limanı illik konteyner dövriyyəsində rekorda imza atıb

Çinin Şanxay limanı illik 50 milyon TEU-dan çox konteyner dövriyyəsi ilə 2024-cü ildə rekorda imza atıb.

“Seanews.az” xəbər verir ki, bu göstəriciyə tarixdə ilk dəfə nail olunub.

Və bundan əvvəl Şanxay limanı illik konteyner aşırmalarına görə digər beynəlxalq limanlar arasında lider idi və 14 il ardıcıl olaraq birinci yeri tuturdu.

Şanxay Beynəlxalq Limanlar Qrupunun istehsal və kommersiya bölməsi baş direktorunun müavini Yanq Yanbinin sözlərinə görə, 2024-cü ilin sonuna qədər limanda yük aşırmalarının payı rekord həddə - 60%-ə çatacaq. O, limanda konteyner dövriyyəsinin artımını təkcə ixrac yükaşırmalarının artması ilə deyil, həm də tranzit konteynerlərin sayının artması ilə əlaqələndirib.

Hazırda Şanxay limanı 350 beynəlxalq gəmiçilik xətti ilə dünyanın 700-dən çox limanına bağlıdır. Burada aşırılan malların gündəlik idxal və ixrac dəyəri orta hesabla 29,8 milyard yuan (təxminən 4 milyard dollar) təşkil edir.

Qeyd edək ki, 2023-cü ildə Şanxay limanında 563,5 milyon ton yük işlənib, konteyner dövriyyəsi isə 49,1 milyon TEU olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır