Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-05,
Seanews
Heyder Eliyev

Yantszı çayı limanlarının yük dövriyyəsi 4,02 milyard tonu keçib

Çinin Yantszı çayı üzərindəki limanların yük dövriyyəsi 2024-cü ildə 3,9% artaraq 4,02 milyard tona çatıb.

“Seanews.az” bu barədə “Sinxua” agentliyinə istinadən məlumat yayıb.

İlkin hesablamalara görə, 2024-cü ildə 26,21 milyon TEU, 850 milyon ton kömür, 130 milyon ton neft və qaz və 110 milyon ton taxıl aşırılıb.

Bildirilir ki, ölkədə iqtisadi sabitliyin möhkəmləndirilməsi fonunda ilk dəfə olaraq yükaşırma 4 milyard ton həddi keçib. Eyni zamanda, Yantszı boyunca yük daşıma mühiti struktur dəyişikliklərinə məruz qalır. Yantszı Çayında Yük Daşımalarının İnkişafı Araşdırma Mərkəzinin rəis müavini Pen Şuhuanın sözlərinə görə, xarici ticarət daxili ticarətdən daha sürətlə böyüyür.

Çin Nəqliyyat Nazirliyinin Yantszı Çayı Naviqasiya İdarəsinin direktor müavini Huan Çjaopin deyib ki, "İllik 3,9% artım ümumi yük dövriyyəsi baxımından Yantszı çayının dünyanın ən işlək daxili su yolu kimi lider mövqeyini bir daha təsdiqləyir”.

Yantszı çayı uzunluğuna görə, dünyanı üçüncü, Çinin isə ən uzun çayıdır. Hazırda Yantszı çayında hər birinin yük dövriyyəsi ildə 100 milyon tondan çox 16 böyük liman var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır