Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

ABŞ Çindən idxal olunan yükləri öz donanması ilə daşımaq istəyir

ABŞ-ın Çindən idxal etdiyi yüklərin bir hissəsinin 2029-cu ildən yalnız Amerika bayrağı altında üzən gəmilərlə daşınması təklif edilir. Bu müddəa “SHIPS for America Act” adlı qanun layihəsində yer alıb. Sənəd baxılmaq üçün Konqresə göndərilib.

“Seanews.az”-ın məlumatına görə, Qanun layihəsi ABŞ-ın gəmiqayırma potensialını bərpa etmək, kadr məsələlərini həll etmək və gəmiləri Amerika heyətləri ilə təchiz etmək məqsədi daşıyır. Həll yolu kimi gəmi inşaatçıları və gəmi sahibləri üçün güzəştlərin və ən son gəmiqayırma texnologiyalarının tətbiqi təklif edilir.

Sənədin müəllifləri hesab edirlər ki, qanunun qəbulu milli təhlükəsizliyin möhkəmlənməsinə və ABŞ və Çin arasındakı uçurumu azaltmağa kömək edəcək. “MarineLink” sənaye nəşrində dərc olunan məqalədə qeyd edilir ki, hazırda beynəlxalq ticarətdə Çinin 5500 gəmisi ilə müqayisədə ABŞ bayrağı altında üzən 80 gəmi iştirak edir.

Qanun layihəsinə əsasən, ABŞ-ın dəniz siyasətinin koordinasiyası Ağ Evdə dəniz təhlükəsizliyi üzrə müşavirə həvalə olunacaq. O, həmçinin ölkənin dəniz strategiyasının həyata keçirilməsi ilə bağlı strateji qərarlar qəbul etmək səlahiyyəti olan idarələrarası Dəniz Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır