Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-12,
Seanews
Heyder Eliyev

Şanxay limanında keçən il 580,5 milyon ton yük aşırılıb

 

Şanxay limanının yük dövriyyəsi 2024-cü ildə 2023-cü illə müqayisədə 3% artaraq 580,5 milyon ton, konteyner dövriyyəsi isə 4,9% artaraq 51,5 milyon TEU təşkil edib.

Bu barədə “Seanews.az” liman administrasiyasına istinadən xəbər verir.

Dekabrda limanın yük dövriyyəsi illik müqayisədə 11,3% azalaraq 46,5 milyon ton olub. Həmin ayda konteyner dövriyyəsi 4,1 milyon TEU təşkil edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 13,3% azdır.

Qeyd edək ki, Şanxay limanı Çinin dərin su limanıdır. 2023-cü ildə limanda 563,5 milyon tona yük, 49,1 milyon TEU konteyner aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır