Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-14,
Seanews
Heyder Eliyev

2024-cü ildə Liepaya limanına yük əməliyyatı üçün yan alan gəmilərin sayı 7% azalıb

Latviyanın Liepaya limanının yük dövriyyəsi 2024-cü ildə əvvəlki illə müqayisədə 2,5% azalaraq 7 milyon ton təşkil edib.

“Seanews.az”  liman administrasiyasına istinadən xəbər verir ki, xüsusilə taxılın aşırılması 12,7% azalaraq 3 milyon ton olub.

İl ərzində tikinti materiallarının işlənməsi 7,4% azalaraq 682,4 min tona, neft məhsullarının aşırılması 2,4% azalaraq 254,6 min tona düşüb. Ümumi yüklərin işlənməsi 15,5% artaraq 2,18 milyon tona, o cümlədən taxta yüklərin aşırılması 43% artaraq 389,2 min tona çatıb. Ro-Ro yük daşınması 11% artımla 108 min vahid olub.

Liepaya limanının xidmətindən 11% çox - 103,9 min sərnişin istifadə edib.

2024-cü ildə limana yan alan gəmilərin ümumi sayı 7% azalaraq 1313 olub.

Qeyd edək ki, 2023-cü ildə limanın yük dövriyyəsi 7,2 milyon ton təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır