Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-15,
Seanews
Heyder Eliyev

“Ocean Alliance” apreldə dünyanın ən böyük konteyner xidmətləri şəbəkəsini işə salacaq

“Ocean Alliance”-nın üzvləri (“Evergreen Line”, “COSCO Shipping Line”, “CMA CGM” və “Orient Overseas Container Line”) 2025-ci ilin aprelində ən böyük konteyner daşıma şəbəkəsinin istifadəyə verilməsini nəzərdə tutan sənədi imzalayıblar.

“Seanews.az” xəbər verir ki, bu barədə “Evergreen”-in mətbuat xidməti məlumat yayıb.

Ümumi nominal tutumu təxminən 5 milyon TEU olan 390 konteyner gəmisi həftəlik 41 konteyner xidmətinə cəlb ediləcək. Onlar 520-dən çox liman cütünü birləşdirəcəklər.

Dünyanın ən böyük konteyner daşıma alyanslarından biri olan “Ocean Alliance” 2017-ci ildə beynəlxalq konteyner daşımaları bazarında səmərəliyini və rəqabət qabiliyyətini artırmaq üçün bir qrup gəmiçilik şirkəti tərəfindən yaradılmışdır. Alyansın üzvləri Tayvanın özəl “Evergreen Line”, Çinin dövlət gəmiçilik şirkəti “COSCO Shipping Line”, Fransanın nəqliyyat və logistika qrupu “CMA CGM” və Honkonq gəmiçilik şirkəti “Orient Overseas Container Line”-dir (“OOCL”).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır